“Marsel” Almaniya klubu ilə razılığa gələ bilmir
Dortmund “Borussiya”sının hücumçusu Yusuf Mukoko əvvəllər “Marsel”ə keçməyə yaxın idi.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, sözləşmə uğursuzluq ərəfəsindədir. Klublar razılığa gələ bilmir, ona görə də, Fransa tərəfi danışıqlardan çəkilməyə hazırdır.
Mukokonun xidmətində “Marsel”dən başqa, digər klublar da maraqlıdır. O, bu transfer pəncərəsində “Borussiya”dan ayrılmaq istəyir.
Almaniyalı forvard ötən mövsüm Bundesliqada 20 matçda 5 qol vurub. 19 yaşlı hücumçu ilə bir neçə il əvvəl “Barselona” və “Çelsi” maraqlanırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin