Dava etdiyi üçün satışa çıxarılan futbolçuya 15 milyon avro qiymət qoyulub

“Marsel” yarımmüdafiəçiləri Adrien Rabio və Conatan Rou ilə yollarını ayırmağa hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hər iki futbolçu Liqa 1-in ilk turunda “Renn”ə 0:1 hesabı ilə uduzduqdan sonra paltardəyişmə otağında baş verən insidentə görə transfer siyahısına salınıb.

Fransa klubu Rabionun satışından təxminən 15 milyon avro qazanmağı planlaşdırır. 30 yaşlı futbolçu ilə “Yuventus” və “Milan” maraqlanır. Onun müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Digər tərəfdən, iyulda “Norviç”dən 14,5 milyon avroya transfer edilən 22 yaşlı Rouya “Sanderlend” və “Bolonya” maraq göstərir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button