“Marsel”ə maraqlı deyil – “Barselona”nın futbolçusu

“Marsel” “Barselona”nın müdafiəçisi Kleman Lanqleni almaqda maraqlı deyil.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, “Marsel”in müdafiəni gücləndirmək üçün başqa planları var, ona görə də, hələlik Lanqleyə ehtiyac duymur. Futbolçunun özü isə bu yay kataloniyalıları tərk etmək istəyir.

Daha əvvəl fransalı müdafiəçiylə “Tottenhem”in maraqlandığı bildirilirdi.

Lanqlenin “Barselona” ilə hazırkı müqaviləsi 2026-cı ilə qədərdir.

2021/22 mövsümündə Lanqle bütün yarışlarda 27 oyuna çıxıb və bir məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button