Marotta “İnter”in səhmdarı oldu

“İnter”in prezidenti Beppe Marotta klubun səhmlərinin təxminən 2 faizini əldə edib.

Komanda.az xəbər verir ki, Milan təmsilçisinin rəsmi açıqlamasında bunun klubun inkişafı və gələcəyi üçün əhəmiyyətli olduğu bildirilib:

“Marottanın investisiyaları onun “İnter”ə bağlılığını, paylaşdığı vizionu və “Oaktree” ilə uzunmüddətli məqsədlərə tam uyğunluğunu əks etdirir. Bu, klubun inkişafı və gələcəyi üçün əhəmiyyətlidir”.

Marotta 2024-cü ilin iyunun 4-dən “İnter”in prezidenti vəzifəsindədir. O, 2018-ci ildən etibarən Milan klubunda çalışır və bundan əvvəl “Yuventus”, “Sampdoriya” və “Atalanta”da direktor vəzifələrində olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button