Azarkeşlərlə vidalaşdı – “Mançester Siti”yə gedir

“Ayntraxt”ın hücumçusu Ömər Marmuş Almaniya Bundesliqasının 18-ci turunun Dortmund “Borussiya”sı ilə oyundan (2:0) sonra Frankfurt komandasının azarkeşləri ilə vidalaşmaq üçün meydana çıxıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, misirli futbolçu “arılar”la oyunda iştirak etməyib. “Ayntraxt” bunu Marmuşun hazırda başqa klubla danışıqlar aparması ilə izah edib.

Daha əvvəl mətbuatda 25 yaşlı futbolçunun “Mançester Siti”yə keçməyə yaxın olduğu barədə məlumatlar yayılmışdı. Bildirilib ki, “Şəhərlilər” “Ayntraxt”a sabit məbləğ olaraq 75 və daha 5 milyon avro bonus təklif edib.

Marmuş 2023-cü ilin yayından “Ayntraxt”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button