Markolar millidə növbəti qələbəyə sevindilər

“Qarabağ”ın futbolçuları Marko Yankoviç və Marko Veşoviç Monteneqro millisində növbəti oyuna çıxıblar.

Komanda.az xəbər verir ki, hər iki futbolçu Şimali Makedoniyaya qarşı keçirilən yoldaşlıq matçının iştirakçısı olub.

Görüş Monteneqronun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Markoların hər ikisi meydana 61-ci dəqiqədə buraxılıblar.

Qeyd edək ki, Monteneqro millisini hazırda Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki çalışdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button