Roysun yeni klubunun adına aydınlıq gəlib

Dortmund “Borussiya”sından ayrılan Marko Roys ABŞ-a köçməyə hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçu “Los Anceles Qalaksi” ilə anlaşıb.

Almaniyalı yarımmüdafiəçinin MLS klubu ilə müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.

Marko Roys 2012-ci ildən “Borussiya”da çıxış edirdi. İyunun 1-də “Real”a qarşı Çempionlar Liqasının finalı (0:2) onun üçün Almaniya klubunda son matç idi.

Roys “Borussiya”da ümumilikdə 429 oyunda 170 qol vurub və 131 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button