Marko Rossi: “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı”
Futbol üzrə Macarıstan yığmasının baş məşqçisi Marko Rossi AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində evdə Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis matçdan sonra təşkil olunan mətbuat konfransında hamının Azərbaycan millisinə hörmətlə yanaşmalı olduqlarını vurğulayıb:
“75 dəqiqəni yaxşı keçirdik, sonra isə yorulduq. Rəqib bundan yararlanaraq qol vurdu. Xoşbəxtlikdən, qol sayılmadı. Orada nə baş verdiyini görmədim. Bəxtimiz gətirdi. Azərbaycan yığmasına hörmətlə yanaşmaq lazımdı. Bu komanda Xorvatiya ilə 1:1 hesablı heç-heçə edib, Uelsə son dəqiqələrdə qol buraxaraq uduzublar”.
Rossi Xorvatiya ilə oyuna görə tənqid olunmalarına da diqqət çəkib: “Həmin görüşdə inanılmaz səhvlərə yol vermişdik. Amma çox güclü futbolçulara, dünyanın ikinci ən güclü komandasına qarşı çıxış etmişdik”.
Bizi Facebook-da izləyin