Marko Rossi: “Azərbaycan millisi məni təəccübləndirə bilmədi”

Futbol üzrə Macarıstan yığma komandasının baş məşqçisi Marko Rossi AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

  • Oyun arzuladığınız kimi alındı?
  • Bəzi epizodlarda əziyyət çəkdik. Bu, daha çox birinci hissədə oldu. İkinci hissədə isə daha yaxşı çıxış etdik. Artıq növbəti oyun da beynimizdə canlanıb.
  • David Holmanın oyununu bəyəndiz?
  • Onun oyununu bəyənirəm. Daha aqressiv, daha effektiv olması lazımdı. Belə olduğu təqdirdə, daha fayfalı ola bilər.
  • Oyunun sonunda nə baş verdi? Hakim nə üçün sizi texniki zonadan kənarlaşdırdı?
  • Oyun ərzində bəlkə də, cəmi 2 dəfə ərazini keçmişəm. Futbol bir neçə dəqiqə içərisində dəyişə bilər. Biz futbol oynayırıq. Hakimlər bunu nəzərə almalıdılar. Bu, çox emosional oyundu. Baş məşqçi də hər zaman təzyiq altındadı.
  • Azərbaycan millisi sizi nə iləsə təəccübləndirə bildi?
  • Futbolçuların oyuna köklənməsi yaxşı idi. Bu oyunda Mahir Emreli və Dmitri Nazarovun təhlükəli oyununu gözləyirdik. Məni təəccübləndirə bilmədi, hər şey gözlədiyim kimi idi.
  • Matçı izləyənlər arasında Macarıstanın baş naziri də vardı. Matçdan sonra onunla görüş oldu?
  • Heç bir danışıq olmadı. Bizim federasiya rəhbərinin burda olduğunu bilirdim, baş nazirin oyunu izləməsindən xəbərim yox idi.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button