ÇL: Markinyos hakimlikdən şikayətləndi
PSJ-nin müdafiəçisi Markinyos UEFA Çempionlar Liqasının “Bayern”lə oyununda hakimin işindən narazı qalıb.
Komanda.az “Canal+”-ə istinadən xəbər verir ki, o, hakimlik haqda danışmağı sevmədiklərini bildirib:
“Biz hakimlik haqda danışmağı sevmirik, amma bu gün bizə qarşı çox sərt oldu. Hakim idarəçiliyi bizim üçün heç də asan olmadı. Bütün mübahisəli vəziyyətlər “Bayern”in xeyrinə şərh edildi. Qol olan epizodda qapıçımızın qarşısı kəsildi”.
Qarşılaşma Münhen komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 38-ci dəqiqədə Kim Min Jae vurub.
PSJ Çempionlar Liqasının ümumi mərhələsinin 5 turundan sonra 4 xalla 26-cı pillədə qərarlaşıb. Münhenlilər 9 xalla 11-cidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin