Kapitan baş məşqçini təriflədi
PSJ-nin kapitanı Markinyos UEFA Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda Dortmund “Borussiya”sı ilə oyundan əvvəl komandanın baş məşqçisi Luis Enrike haqda fikirlərini bildirib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, ispaniyalı mütəxəssis haqqında bunları deyib:
“Rəqib kim olursa olsun, Luis Enrike çox tələbkardır və işinə sadiqdir. O, bu fikirləri və intensivliyi məşqdə bizə ötürür. Onun aydın məqsədləri var. Onun üçün hər bir yarış vacibdir”.
PSJ – “Borussiya” matçı sentyabrın 19-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin