
“Barselona”nın məşqçisi milli komandada işləmək istəyir
“Barselona”nın sabiq müdafiəçisi və Kataloniya klubunun ikinci komandasının baş məşqçisi Rafael Markes Meksika millisinin çalışdırıcısının köməkçisi ola bilər.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Markes gələcəkdə “Barselona”nın əsas komandasına rəhbərlik etmək perspektivinə baxmayaraq, yaxın gələcəkdə Meksika millisinə rəhbərlik edəcəyi gözlənilən Xavyer Agirreyə kömək etmək niyyətindədir.
Markes 2022-ci ildən “Barselona”nın ikinci komandasını çalışdırır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin