Marina getdi – “Çelsi”nin sahibi idman direktoru oldu

“Çelsi” klubu Marina Qranovskayanın idman direktoru vəzifəsindən getdiyini açıqlayıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, “Çelsi”nin sahibi Todd Boeli idman direktoru vəzifəsini icra edəcək.

Xəbərdə bildirilir ki, Boeli kluba yeni menecer tapana qədər idman direktoru vəzifəsini özü icra edəcək.

Qranovskaya 2013-cü ildən “Çelsi”də idi. O, London klubunda transfer məsələlərini idarə edib, həmçinin müqavilələrin yenilənməsi işləri ilə məşğul olub.

Qranovskaya İtaliyanın “Tuttosport” nəşri tərəfindən 2021-ci ildə Avropanın ən yaxşı futbol meneceri seçilib.

Qranovskayanın 47 yaşı var. O, Rusiyada anadan olub, Rusiya və Kanada vətəndaşlığına malikdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button