Mariana Vasileva “rəislər”lə görüş keçirdi
Azərbaycan gənclər və idman nazirinin müavini Mariana Vasileva nazirliyin regional gənclər və idman idarələrinin rəisləri ilə görüş keçirib.
Komanda.az qrumun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə 2024-cü ilin 1-ci rübündə Bakıda və regionlarda keçirilən idman tədbirlərinin hesabatı, 2025-ci ildə Azərbaycanda baş tutacaq MDB Oyunlarında idarələrin üzərinə düşən öhdəliklər, “Üzməyi öyrənək” layihəsi, regionların sosial media aktivliyi, tibbi bədən tərbiyəsi dispanserlərinin fəaliyyəti və digər məsələlər müzakirə edilib.
Daha sonra püşkatma ilə hər bir region üzrə idarələrin “Dostluq” turnirini təşkil edəcəyi növlər seçilib.
Tədbirdə həmçinin media ilə iş, dispanserlər haqqında hesabat və digər qarşıda duran məsələlər barədə məlumat verilib.
Bizi Facebook-da izləyin