Marian Berki: “Oyunçularınıza qarşı heç nə edə bilmədik”
Futzal üzrə Slovakiya milli komandasının baş məşqçisi Marian Berki DÇ-2020-nin əsas mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları görüşdən sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Yaxşı təşkilatçılığa görə federasiyanıza təşəkkür, Azərbaycan millisini isə qələbə qazanması münasibəti ilə təbrik edirik. Səhvlər buraxdıq və rəqib bundan faydalandı. Komandanızın heyətində fərdi keyfiyyətlərinə görə seçilən futzalçılar var. Bu gün Ramiz Çovdarov, Vassura və Bolinya kimi oyunçularınıza qarşı heç nə edə bilmədik. Qələbə qazanmaq üçün qol vurmaq lazımdı. Biz də bunu bacarmadıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin