“Çelsi” növbəti iki oyunda qalib gəlməsə, Mareska qovulacaq”

“Arsenal”ın sabiq futbolçusu Pol Merson “Çelsi”nin baş məşqçisi Enzo Mareskanın gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçunun sözlərinə görə, italiyalı mütəxəssis istefa riski ilə üzləşib:

“Çelsi” növbəti iki oyunda qalib gəlməsə, Mareska qovulacaq. Onlar Premyer Liqanın ən pis komandaları – “Sauthempton” və “Lester”lə oynayacaqlar. Altı xal qazanılmasa, o, məşqçi postunda qalmaq üçün şanslı olmayacaq”.

London klubu hazırda İngiltərə çempionatının turnir cədvəlində 43 xalla 7-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button