“Çelsi”nin baş məşqçisi Sançonun mümkün transferindən danışdı

“Çelsi”nin baş məşqçisi Enzo Mareska “Mançester Yunayted”in hücumameyilli yarımmüdafiəçisi Ceydon Sançonun potensial transferi ilə bağlı yayılan məlumatlara cavab verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Həqiqətən ehtiyacımız olan oyunçu ilə müqavilə imzalaya bilsək, bunu mütləq edəcəyik. İndi Sanço “Çelsi”nin oyunçusu deyil. Mən onun imkanlarını yaxşı bilirəm, amma o, bizim futbolçu deyil”.

Daha əvvəl mətbuatda “Çelsi”nin futbolçusu Rahim Sterlinqi Sanço ilə dəyişə biləcəyi haqda xəbərlər yayılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button