
Mareska ondan razı qalıb
“Çelsi”nin baş məşqçisi Enzo Mareska komandada icarə əsasında çıxış edən Ceydon Sançonun məşqlərə münasibətindən çox razıdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Sanço məşqlərdə yaxşı çıxış etməyi bacarıb və ona böyük ümidlər bəsləyən baş məşqçini heyran edib.
İngilis futbolçu bu yaxınlarda “Bornmut”la matçda (1:0) “Çelsi”də debüt edib.
“Çelsi” Sançonu cari mövsümün sonuna kimi “Mançester Yunayted”dən icarəyə götürüb. 24 yaşlı yarımmüdafiəçi ötən mövsümü Dortmund “Borussiya”sında icarə əsasında keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin