
“Qarabağ”ın rəqibinin baş məşqçisi çempionluq yarışına görə narahatdır
“Çelsi”nin baş məşqçisi Enzo Mareska İngiltərə Premyer Liqasındakı çempionluq yarışından narahatlığını dilə gətirib.
Arne Slotun rəhbərliyi altındakı “Liverpul” mövsümə ideal start verib. Ardıcıl beş oyunda qalib gələn mersisaydlılar ən yaxın izləyicisini 5 xal qabaqlayır. London klubu isə son iki oyunda xal itkisi yaşayıb: “Brentford”la 2:2 hesablı heç-heçə və “Mançester Yunayted”ə 1:2 hesablı məğlubiyyət. Nəticədə, “Çelsi” liderdən artıq 7 xal geri qalır.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı “Liverpul”un ötən ildən bəri fantastik iş gördüyünü deyib:
“Eyni templə davam etsələr, düşünürəm ki, onları nə biz, nə də digər komandalar yaxalaya biləcək. Ötən ildən bəri fantastik iş görürlər. Transfer etdikləri oyunçular komandanın yenidən həm Premyer Liqa, həm də UEFA Çempionlar Liqası uğrunda mübarizə aparmaq niyyətini açıq şəkildə göstərir”.
“Çelsi” və “Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibləridir.
Bizi Facebook-da izləyin



