
Mareska ondan çox razıdır
“Çelsi”nin baş məşqçisi Enzo Mareska argentinalı yarımmüdafiəçi Enzo Fernandes barədə fikirlərini bölüşüb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı Fernandesdən çox razı olduğunu deyib:
“Birincisi, o, xoşxasiyyətli, nəzakətli və sadəcə yaxşı insandır. İkincisi, başlanğıcdan etibarən komandamızın bütün aspektlərində, həm meydanda, həm də kənarda, böyük əzm və çalışqanlıq göstərir”.
24 yaşlı futbolçu son mövsümdə bütün turnirlərdə 49 oyunda iştirak edib, 9 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Çelsi” ilə müqaviləsinin müddəti 2032-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin