Mareska 70 milyon avroluq futbolçunun az oynamasının səbəbini açıqladı

“Çelsi”nin baş məşqçisi Enzo Mareska ukraynalı yarımmüdafiəçi Mixail Mudrikin az oyun keçirməsinə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Mudrikin yaxın gələcəkdə daha yaxşı oynayacağına ümid etdiyini bildirib:

“Mən düşünmürəm ki, onun öz qabiliyyətlərinə inamsızlığı var. Onu olduğu kimi qəbul etməlisən. Ümid edirəm ki, Mudrik yaxın gələcəkdə daha yaxşı oynayacaq”.

“Çelsi” Mudriki “Şaxtyor”dan 70 milyon avroya alıb. Tərəflər 2031-ci ilin ortalarına qədər olan müqavilə imzalayıblar.

23 yaşlı futboçu İngiltərə çempionatının cari mövsümündə 2 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button