Mareska 70 milyon avroluq futbolçu haqda: “Əminəm ki, daha çox qol vuracaq”

“Çelsi”nin baş məşqçisi Enzo Mareska komandanın yarımmüdafiəçisi Mixail Mudrik haqqında fikirlərini bölüşüb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, italiyalı mütəxəssis ukraynalı futbolçunun daha çox qol vuracağına ümid etdiyini bildirib:

“Əminəm ki, biz tədricən o yerə çatacağıq ki, Mudrik daha çox qol vuracaq və komandamız üçün vacib oyunçu olacaq”.

23 yaşlı yarımmüdafiəçi 2023-cü ilin yanvarında 70 milyon avroya “Çelsi”yə keçib, lakin o, hələ də əsas oyunçu sayılmır. Mudrik cari mövsümdə bütün yarışlarda 8 oyunda iştirak edib, 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button