“Mudrik dəyişdirilməsinin səbəbini başa düşə bilir” – “Çelsi”nin baş məşqçisi

“Çelsi”nin baş məşqçisi Enzo Mareska “Vulverhempton”la oyunda (6:2) əvəzlədiyi yarımmüdafiəçi Mixail Mudrik haqda danışıb.

Komanda.az “Football”-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı Mudrikin çox ağıllı olduğunu bildirib:

“Mövsüm başlamazdan əvvəl Mudriklə söhbətim oldu. “Vulverhempton”la oyundan sonra əlaqə saxlamadıq. Bu oğlan çox ağıllıdır və özünün dəyişdirilməsinin səbəbini başa düşə bilir”.

Ukraynalı yarımmüdafiəçi fasilədən dərhal sonra əvəzlənib.

Mudrik 70 milyon avroya “Şaxtyor”dan “Çelsi”yə keçib. Onunla 8 illik müqavilə imzalanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button