
Mareska: “Oyunumuzdan məmnunam”
“Çelsi”nin baş məşqçisi Enzo Mareska Konfrans Liqasının ümumi mərhələsinin 6-cı turunda “Şemrok Rovers” üzərində böyükhesablı qələbədən (5:1) danışıb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı çıxışlarından məmnun olduğunu bildirib:
“Oyunumuzdan məmnunam. Belə qələbələri asanlıqla qiymətləndirmək olar. Futbolçular nə qədər ciddi olduqlarını, peşəkarlıqlarını nümayiş etdirdilər”.
İngiltərə klubu 6 matçın hamısında qalib gələrək, Konfrans Liqasının pley-off mərhələsinə 1-ci yerdən yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin