
“Başa düşdüm ki, belə matçlar səni 100 faiz hazırlaşmağa məcbur edir”
“Çelsi”nin baş məşqçisi Enzo Mareska Konfrans Liqasının finalı yolundakı çətinliklərdən danışıb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Kopenhagen” və “Legiya” ilə matçlarımız oldu. Onların meydançasında oynamaq çətindir, ötən mövsüm Avropanın böyük komandaları orada məğlub oldular. Bu stadionlarda ab-hava çox gərgindir. Bunlar bizim mövsümdə və Konfrans Liqasının finalına gedən yolda həlledici anlar idi.
Başa düşdüm ki, belə matçlar səni 100 faiz hazırlaşmağa məcbur edir. Hətta 90 faiz yetərli deyil, hər şeyi 100 faiz etməli və hər bir xırda detalı nəzərə almalısan”.
“Legiya” Konfrans Liqasının əsas turnirində “Çelsi”ni məğlub edən yeganə komanda olub (2:1). Bu gün həlledici görüşdə “Çelsi” İspaniyanın “Betis” komandası ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin