“Ceksonu “9 nömrəli” şəxs kimi görürəm” – “Çelsi”nin baş məşqçisi
“Çelsi”nin baş məşqçisi Enzo Mareska komandanın hücumçularının vəziyyətindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, klubun hücumçusu Nikolas Ceksonun komandadakı fəaliyyətindən söz açıb:
“Mən Ceksonu “9 nömrəli” şəxs kimi görürəm. Bəzi matçlarda ona cinah oyunçusu kimi ehtiyacımız olarsa, elə də olsun. Amma mən onu hücumçu kimi görürəm”.
Londonlular yeni mərkəz hücumçusu transfer etməli idilər, lakin klub yalnız “Barselona”nın 18 yaşlı forvardı Mark Giunu heyətinə qatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin