
Mareska: “Çelsi” çempionluq mübarizəsində iştirak etmir”
“Çelsi”nin baş məşqçisi Enzo Mareska bu mövsüm İngiltərə Premyer Liqasındakı çempionluq mübarizəsi haqqında fikirlərini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Mareska çempionluq yarışında olmadıqlarını deyib:
“Çelsi” çempionluq mübarizəsində iştirak etmir. Mən bunu artıq demişəm. “Liverpul”, “Mançester Siti” və “Arsenal” bizdən irəlidədir”.
“Zadəganlar” 12 turdan sonra İngiltərə Premyer Liqasında 22 xalla turnir cədvəlində 4-cü yerdədir. Mareskanın komandası lider “Liverpul”dan 9 xal geridədir. London təmsilçisi növbəti oyununu evdə “Aston Villa”ya qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin