
Mareska argentinalı futbolçunu təriflədi
“Çelsi”nin baş məşqçisi Enzo Mareska komandanın yarımmüdafiəçisi Enzo Fernandes haqda danışıb.
Komanda.az xəbər verir ki, italiyalı çalışdırıcı mətbuat konfransında çox xoşbəxt olduqlarını bildirib:
“Biz çox xoşbəxtik, o, meydanda bizə çox kömək edir. Onun liderlik keyfiyyətləri artır, bunu hamınız görə bilərsiz”.
Argentinalı futbolçu bu mövsüm londonluların lideri olmağı bacarıb.
23 yaşlı yarımmüdafiəçi cari mövsümdə 3 qol vurub, 8 məhsuldar ötürmə edib. O, London klubuna 2023-cü ilin qışında 121 milyon avroya keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin