Maradonanın sol ayağı oğurlandı – FOTO

Neapolda Argentina millisinin və “Napoli”nin keçmiş futbolçusu Dieqo Maradonanın sol ayağının tablosu oğurlanıb.

Komanda.az xəbər verir ki, bu barədə məlumatı “Calciomercato” yayıb.

Şəkil Maradonanın kətan üzərində çap olunmuş ayağının 3D variantıdır. Tablo 1990-cı ildə “Napoli”nin İtaliya çempionatında ikinci çempionluğu münasibətilə yaradılıb.

Maradona 25 noyabr 2020-ci ildə, 60 yaşında vəfat edib. Argentinalı futbolçu xroniki ürək çatışmazlığından yaranan kəskin ağciyər ödəmi nəticəsində ölüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button