Maradonanın “qızıl top”u satışa çıxarılacaq

“Napoli”nin sabiq hücumçusu Dieqo Armando Maradona tərəfindən qazanılan “qızıl top” hərraca çıxarılacaq.

Komanda.az xəbər verir ki, Argentina millisinin keçmiş futbolçusu bu mükafatı 1986-cı ildə, yığma komandanın dünya çempionatındakı qələbəsindən sonra alıb.

Maradona klub karyerasının böyük hissəsini İtaliya çempionatında, “Napoli”də keçirib. O, Neapol klubu ilə skudetto, ölkə kuboku, UEFA kuboku və İtaliya superkubokunu qazanıb.

Sabiq hücumçu Argentina millisinin heyətində 91 oyun keçirib və 34 qol vurub. Maradona 2020-ci ilin noyabrında vəfat edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button