Maradonanın oğlundan gürcünün ünvanına tərif

Mərhum argentinalı futbolçu Dieqo Maradonanın oğlu, kiçik Dieqo Armando Maradona “Napoli”nin gürcü futbolçusu Xviça Kvaratsxeliya haqda fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Maradonanın oğlu gürcüstanlı yarımmüdafiəçini tərifləyib:

“Xviça güclü oyunçudur. O, keyfiyyətə, şəxsiyyətə və özünü təkmilləşdirmək üçün kifayət qədər yaxşı şeylərə malikdir. Əminəm ki, daha da yaxşılaşacaq. Atam bu kollektivlə fəxr edər, sinəsi qabarıq gəzərdi. Mən buna tam əminəm. Onun “Napoli”ni cənnətdən məmnuniyyətlə izlədiyini düşünməyi xoşlayıram”.

Maradona futbolçu karyerasının ən yaxşı illərini “Napoli”də keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button