Maradona əməliyyat olundu

Argentina milli komandasının sabiq futbolçusu Dieqo Maradona əməliyyat olunub.

Komanda.az xəbər verir ki, 60 yaşlı mütəxəssisin beyin əməliyyatı uğurlu keçib. Maradonanın vəziyyəti barədə həkimi Loepoldo Luk məlumat verib:

“Əməliyyat çox yaxşı keçdi, bir saat 20 dəqiqə davam etdi, hematoma aradan qaldırıldı. Dieqo yaxşıdır və özündədir”.

Maradona Argentinanın “Ximnasiya” klubunu çalışdırır. Onun rəhbərlik etdiyi kollektiv noyabrın 8-də “Veles Sarsfild”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button