Maradona xəstəxanadan evə buraxıldı
Futbol üzrə Argentina yığmasının sabiq hücumçusu, hazırda bu ölkənin “Ximnasiya” klubunun baş məşqçisi olan Dieqo Maradona xəstəxanadan evə buraxılıb.
Komanda.az xəbər verir ki, bu barədə 60 yaşlı mütəxəssisin şəxsi həkimi Leopoldo Luke yerli mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, Maradonanın bundan sonrakı müalicəsi ev şəraitində davam edəcək. Həkim Maradonanın eyni zamanda alkoqol asılılığından da müalicə aldığını bildirib.
Qeyd edək ki, Maradona subdural hematoma diaqnozu qoyulduğu üçün bir neçə gün öncə əməliyyat edilmişdi. Əməliyyatdan 8 gün sonra evə buraxılan əfsanəvi futbolçunun işinin başına nə vaxt dönəcəyi bilinmir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin