“Maquayra qarşı qəribə davranılır” – Sautqeyt
İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt “Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr haqda danışıb.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, o, “Mançester Yunayted”in qəzetdə paylaşılan xəbərindən söz açıb:
“Məşqçinin vəzifəsi oyunçularını qorumaqdır. Maquayra qarşı qəribə davranılır. “Mançester Yunayted” həftənin ortasında matçı uduzanda qəzetdə bir başlıq və stadiona gələn futbolçuların şəkillərini gördüm. Maquayr matçda iştirak etməsə də, onun maşın sürərkən çəkilmiş fotosundan istifadə ediblər. Bu, müəyyən dərəcədə şüursuzluqdur.
Təbii ki, əvvəllər sosial mediamız yox idi, amma indi dinamika dəyişib. Dediyim kimi, mən əvvəllər belə bir şey görməmişəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin