“Klub daha lazım olmadığımı deməsə, qalacam” – Maquayr
Harri Maquayr yay transfer pəncərəsində “Mançester Yunayted”dən hansı halda ayrılacağını açıqlayıb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu MY ilə yenidən böyük kuboklar qazanmağın vaxtı çatdığını bildirib:
“Qalacam? Klub mənə transferə hazır olduğumu və ya daha lazım olmadığımı deməsə, qalacam. Eşitdiyim hər şey və klubun mənə göstərdiyi davranışlar burada gələcəyin bir parçası olduğumu deyir. “Mançester Yunayted”lə yenidən uğur qazanmağın və böyük kuboklar üçün mübarizə aparmağın vaxtıdır”.
31 yaşlı müdafiəçi son vaxtlar tez-tez tənqidlərlə üzləşir.
“Mançester Yunayted” 2024/25 mövsümünün ilk rəsmi matçında İngiltərə superkubokunda “Mançester Siti” ilə qarşılaşacaq. Oyun avqustun 10-da keçiriləcək.
Bizi Facebook-da izləyin