
Maquayrdan “Mançester Yunayted”dəki gələcəyi haqda açıqlama
“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr komandadakı gələcəyi ilə bağlı yayılan xəbərlər haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hansısa transfer ehtimalının nə özü, nə də klub tərəfindən nəzərdən keçirilmədiyini bildirib:
“Mən tamamilə əminəm, çünki “Mançester Yunayted” bu yay heç bir şəraitdə komandanı tərk edə bilməyəcəyimi açıq şəkildə bildirdi. Bir neçə klub mənimlə maraqlandı və onlara tez cavab verdilər”.
32 yaşlı futbolçu 2024/2025 mövsümündə bütün yarışlarda 40 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun “qırmızı şeytanlar”la hazırkı müqaviləsi gələn il iyunun 30-na kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



