
“Reallıq odur ki, biz indi ən yaxşısı deyilik”
“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr komandaya qarşı təzyiqlərdən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komanda olaraq uğur qazanmaq üçün çalışdıqlarını söyləyib:
“Oyunçular çox çalışırlar, komandada gözəl ab-hava var. Biz uğur qazanmaq istəyirik, bunun üçün əlimizdən gələni edirik. Bilirik ki, son vaxtlar kifayət qədər yaxşı olmamışıq və azarkeşlərimizə o qədər də çox şey verməmişik. Mənə elə gəlir ki, bu, demək olar, yeni bir başlanğıc kimidir və ümid edirəm ki, yaxşı başlanğıc olacaq.
Aleks Ferqyuson burada olanda keçid dövrünü yaşadıq, indiyədək ən yaxşı komandaya sahib idik və hər şeyi qazandıq. Amma reallıq odur ki, biz indi ən yaxşısı deyilik. Təzyiqlə mübarizə aparmalı və oyun meydançasında olduğun kimi oynamalısan. Düşünürəm ki, son 10 ildə bunu etməyə çalışdıq”.
Bizi Facebook-da izləyin