Maquayr maaşının azalmasına razı olmalıdır – Yeni müqavilə üçün

“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr klubu tərk etmək fikrində deyil.

Komanda.az “talkSport”-a istinadən xəbər verir ki, 32 yaşlı futbolçunun “Mançester Yunayted”də qalmaq istədiyi bildirilir. Lakin müqaviləni yeniləmək üçün çox güman ki, maaşının əhəmiyyətli dərəcədə azaldılmasını qəbul etməli olacaq.

Maquayr hazırda klubda ildə 11 milyon avrodan çox qazanır.

O, bu mövsüm bütün yarışlarda 7 matçda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun “qırmızı şeytanlar”la hazırkı müqaviləsinin müddəti 2026-cı ilin iyun ayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button