Maqnus Karlsenin Bakıya gələcəyi təsdiqləndi

Dünyanın bir nömrəli şahmatçısı Maqnus Karlsenin Bakıda keçiriləcək Dünya Kubokunda iştirak edəcəyi təsdiqlənib.

Komanda.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, norveçli qrossmeyster iyulun 29-da start götürəcək yarışın ən reytinqli şahmatçısı olacaq.

Onunla yanaşı, rusiyalı Yan Nepomnyaşi də Dünya Kuboku uğrunda mübarizəyə qatılacaq.

Qadınlar arasında FIDE reytinqinin 2-3-cü yerlərində qərarlaşan Hampi Koneru (Hindistan) və Yu Venyun (Çin) da Bakıya gələcəklər.

Ümumilikdə 206 kişi şahmatçıdan 146-nın, qadınlarda isə 103 nəfərdən 71-nin Dünya Kubokunda iştirakı təsdiqlənib. İyulun 15-30-u aralığında digər namizədlər iştiraklarını təsdiqləməlidirlər.

Qeyd edək ki, yarış iyulun 29-dan avqustun 24-dək təşkil olunacaq. İyulun 29-da turnirin açılış mərasimi, ertəsi gün isə birinci turun görüşlərinin keçirilməsi planlaşdırılır. Dünya Kubokunun mükafat fondu 2,5 milyon dollardır. İlk üç yeri tutan qrossmeysterlər İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button