
Manqalanın yeni klubu müəyyənləşib
“Eştoril” müdafiəçi Elyakim Manqalanı heyətinə qatıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu Portuqaliya klubu ilə bir illik müqavilə imzalayıb.
Manqala 2022-ci ilin yayında “Sent-Etyen”i azad agent kimi tərk etdikdən sonra klubsuz qalmışdı. O, karyerası ərzində “Portu”, “Mançester Siti”, “Valensiya”, “Everton” kimi klublarda top qovub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin