“Manenin hələ bir az vaxta ehtiyacı var” – “Bayern” rəsmisi

“Bayern”in idman direktoru Hasan Salihamiciç hücumçu Sadio Manenin Münhen klubuna uyğunlaşması ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Sport Bild”-ə istinadən xəbər verir ki, klub rəsmisi, seneqallı forvardın vaxta ehtiyacı olduğunu deyib:

“Sadionun hələ bir az vaxta ehtiyacı var, Bundesliqaya öyrəşməlidir. O, bunu edəcək. Başqa bir şəhərdə, başqa ölkədə, fərqli futbol mədəniyyəti olan yeni komandaya qoşulmağın necə bir şey olduğunu bilirəm. Sadio hələ də uyğunlaşma prosesindədir.

Onunla mütəmadi olaraq danışıram. O, özü elə etməlidir ki, Münhendə rahat olsun. Sadio dünyanın ən yaxşı oyunçularından biridir. O, çox yaxşı oyun nümayiş etdirəcək və biz klub olaraq bundan yaxşı nəticə əldə edəcəyik”.

30 yaşlı seneqallı futbolçu bu mövsüm “Bayern”in heyətində bütün turnirlərdə 11 oyuna çıxıb və 5 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button