Kloppdan inciyib – “Real”a keçə bilər
İngiltərənin “Liverpul” klubunun hücumçusu Sadio Mane karyerasını İspaniyada davam etdirə bilər.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, seneqallı futbolçunun “Real”a transferi yenidən gündəmdədir. Məlumata görə, Mane də artıq “Liverpul”dan ayrılmaq istəyir. Buna səbəb, onun Mersisayd klubunun baş məşqçisi Yurgen Kloppla münasibətinin pozulmasıdır. Kloppun “qızıl top”un qalibinin seçilməsi zamanı “Liverpul”un digər üzvü Vircil van Dayka səs verməsi Mane ilə münasibətlərinin pozulmasına səbəb olub.
Daha əvvəl də “Real”ın Maneni transfer etmək istəməsi ilə bağlı xəbərlər yayılmışdı.
“Liverpul”la müqaviləsi 2023-cü ilin iyununadək nəzərdə tutulan 28 yaşlı Mane, cari mövsümdə iştirak etdiyi 38 oyunda 18 qolla yadda qalıb.
Bizi Facebook-da izləyin