Mane üçün 37 milyon avroluq təklif

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu “Bayern”in hücumçusu Sadio Mane üçün 37 milyon avro təklif etməyə hazırdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, iki klub arasında danışıqlar final mərhələsinə qədəm qoyur. Hazırda seneqallı futbolçunun agenti müqavilə ilə bağlı şəxsi şərtləri müzakirə edir.

Mane ötən yay 32 milyon avroya “Liverpul”dan “Bayern”ə keçmişdi. O, Münhen klubunda bütün yarışlarda 38 oyun keçirib, 12 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button