Mane “Mançester Yunayted”ə keçə bilər
“Bayern”in hücumçusu Sadio Mane “Mançester Yunayted”ə keçə bilər.
Komanda.az “Daily Mirror”-a istinadən xəbər verir ki, seneqallı futbolçu “Bayern”dəki mövqeyindən narazıdır və növbəti transfer pəncərəsində klubu tərk etmək istəyir.
“Mançester Yunayted”in bu yay yeni hücumçuya ehtiyacı olduğu bildirilir və çox yönlü Mane klub rəhbərliyi üçün cəlbedici seçimdir.
Mane 2022-ci ilin yayında “Liverpul”dan “Bayern”ə keçib və Münhen klubu ilə 2025-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.
O, bu mövsüm 36 matçda 12 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin