Tuxel etiraf etdi: Mane “Bayern”dən inciyib
“Bayern”in baş məşqçisi Tomas Tuxel Sadio Manenin “Əl-Nəsr”ə keçməsi barədə danışıb.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, o, seneqallı futbolçunun “Bayern”dən incidiyini söyləyib:
“Mane klubu tərk edərkən onunla möhkəm qucaqlaşdıq. “Bayern”dən inciyib, bilirəm. İnanın, heç xoşbəxt deyiləm. Biz Sadionun potensialını ortaya qoya bilmədik. Manenin “Bayern”i tərk etməsi ilə bağlı məsuliyyəti öz üzərimə götürürəm”.
Mane 2022-ci ilin yayında “Liverpul”dan Almaniya klubuna keçmişdi. “Əl-Nəsr” onu transfer etmək üçün Münhen təmsilçisinə 30 milyon avro ödəyib. Mane yeni klubu ilə dörd illik müqavilə imzalayıb.
O, “Bayern”in heyətində 38 oyunda 12 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin