Mane Droqbanı qabaqlayıb, Lemparda çatdı
İngiltərənin “Liverpul” klubunun hücumçusu Sadio Mane UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
Komanda.az xəbər verir ki, o, qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsində ən çox qol vuran afrikalı futbolçuya çevrilib.
Mane buna ötən gecə İspaniyada “Vilyarreal”a 3:2 hesabıyla qalib gəldikləri oyunda fərqlənməklə nail olub. 74-cü dəqiqədə fərqlənən futbolçu turnirin pley-off mərhələlərindəki qollarının sayını 15-ə çatdırıb. Bununla da o, Didye Droqbaya məxsus rekordu qırıb. “Çelsi”nin sabiq forvardı ÇL-in pley-off mərhələlərində 14 qol vurmuşdu. Manenin “Liverpul”dakı komanda yoldaşı Məhəmməd Salah 11, Samuel Eto 10, Emmanuel Adebayor isə 7 qola imza atıb.
Mane “Çelsi”nin sabiq yarımmüdafiəçisi Frenk Lempardın rekordunu da təkrarlayıb. Lempard bir İngiltərə klubunun heyətində ÇL-in pley-off mərhələlərində ən çox qol vuran futbolçu olsa da, artıq Sadio da ona şərik çıxıb.
Bizi Facebook-da izləyin