Klopp: “Mane bizdən ayrılanda ən yaxşı dövrünü yaşayırdı”
“Liverpul”un baş məşqçisi Yurgen Klopp Sadio Manenin “Əl-Nəsr”ə keçidindən söz açıb.
Komanda.az “The Mirror”-a istinadən xəbər verir ki, o, keçmiş futbolçusunun “Bayern”də nələr yaşadığı haqda məlumatlı olmadığını bildirib:
“Bayern”də Sadionun nə yaşadığını bilmirəm. Mane bizdən ayrılanda ən yaxşı dövrünü yaşayırdı. Onunla bu məsələlər haqda danışmamışıq. Səudiyyə Ərəbistanında onun karyerasının necə inkişaf edəcəyini görəcəyik”.
Seneqallı futbolçu 2022-ci ilin yayında “Liverpul”dan Almaniya klubuna keçmişdi. “Əl-Nəsr” onu transfer etmək üçün Münhen təmsilçisinə 30 milyon avro ödəyib. Mane yeni klubu ilə dörd illik müqavilə imzalayıb.
O, “Bayern”in heyətində 38 oyunda 12 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin