Mane keçmiş klubuna qayıda bilər
“Əl-Nəsr”in hücumçusu Sadio Mane Səudiyyə Ərəbistanını tərk edərək Avropaya qayıda bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu ilə Avstriyanın “Zalsburq” klubu maraqlanır. Mane karyerasının əvvəlində bu klubda çıxış edib.
Seneqallı hücumçu 2023-cü ilin yayından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Tərəflər arasında mövcud müqavilə 2026-cı ildə başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin