Mancukiç “Yuventus”la belə vidalaşdı
Ötən gün Qətərin “Əl-Dühail” klubu ilə müqavilə bağlayan Xorvatiya yığmasının sabiq hücumçusu Mario Mancukiç İtaliya çempionu “Yuventus”dan ayrılması ilə bağlı vida mesajı paylaşıb.
Komanda.az xəbər verir ki, xorvatiyalı forvard “instagram” hesabında bunları qeyd edib:
“Geridə qalan 4,5 ilə sadə vida ilə yekun vurmaq mümkünsüzdü. Ümid edirəm ki, siz “Yuventus”da oynadığım bu müddət ərzində meydana çıxdığım hər bir oyunda klub və komanda üçün necə çalışdığımı görmüsüz. Alleqri və Marottaya minnətdaram ki, məni Turində görmək istədilər. “Yuventus”da oynamaq böyük şərəf idi. Hətta son aylardakı münasibət də bu sevgi və hörməti dəyişə bilməz. Birgə forma geyindiyim bütün komanda yoldaşlarıma təşəkkür edirəm. Birgə əldə etdiyimiz heç bir uğuru unutmayacağam. Klubda çalışan texniki heyətə də minnətdaram. Onlar hər bir oyunçunun “Yuventus”da uğurlu olması üçün əllərindən gələni edirlər. Nəhayət, ən böyük təşəkkürümü “Yuventus”un azarkeşlərinə bildirmək istərdim. Çünki onlar bu klubun bu dərəcədə böyük və uğurlu olmasının əsas səbəbkarlarıdı. Sizin mənə ilk gündən bəri göstərdiyiniz dəstəyi həqiqətən çox yüksək qiymətləndirirəm. Hamınıza ən yaxşısını diləyirəm! Və mənim üçün yeni bir başlanğıcın vaxtı gəldi. Sizin, Mario”.
Bizi Facebook-da izləyin