Mançiniyə Fransadan “elçi”

İtaliya millisinin baş məşqçisi Roberto Mançini PSJ-nin baş məşqçisi ola bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, cari mövsümün sonunda 56 yaşlı mütəxəssis PSJ-nin “sükanı arxasına” keçə bilər.

Paris komandasını hazırda Maurisio Poçettino çalışdırır.

İtaliya millisi DÇ-2022-nin pley-offunda Şimali Makedoniyaya uduzaraq (0:1) mundialda iştirak etmək şansını itirib. Bundan sonra Mançininin yığmadan göndəriləcəyi xəbərləri yayılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button